Maraqlı

Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək

12 Mart 2019 22:05
0 Şərh     Baxış: 2 086

Diyetoloq və qida mütəxəssisləri kivini ən faydalı meyvələrdən biri kimi qiymətləndirir və tez-tez pəhrizlərə daxil edirlər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kivi A, C, E, PP vitaminləri, fol turşusu, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, qidalı liflər, flavonoidlər, orqanik turşular, fermentlərlə zəngindir. Kivinin faydalı xüsusiyyətləri saymaqla bitməz. Bu səbəbdən hər gün 1-2 kivi yesəniz, orqanizminiz sizə çox minnətdar olacaq. Beləliklə, müntəzəm olaraq kivi yeməklə sağlamlığımızda nəyə nail ola bilərik?

- C vitamini ilə zəngin olduğundan kivi damarların sağlamlığı üçün çox faydalıdır - damarları möhkəmləndirir, elastik edir, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Fol turşusunun sayəsində qanın tərkibini yaxşılaşdırır.

- Soyuqdəymə və qripp xəstəlikləri zamanı kivi sağalmanı tezləşdirir.

- Orqanizmdə dəmirin mənimsənilməsi prosesini yaxşılaşdırır.

- Xolesterinin səviyyəsini aşağı salır.

- Kalium və maqnezium sayəsində ürəyi möhkəmləndirir, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.

- Onkoloji xəstəliklərin riskini azaldır.

- Kivi qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, mütləq hər gün 2 kivi yeyin. Qidalı liflər, pektinlər və kalium bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların boşalmasını asanlaşdırır.  

- Təzyiqi salır.

- Orqanizmdən duzları xaric edir və bununla da böyrəklərdə daşların əmələ gəlməsinin riskini azaldır.

- Həzm proseslərini sürətləndirir və asanlaşdırır, qarında ağırlıq hissini yox edir.

- Metabolizmi sürətləndirir.  

- Ferment və qidalı liflərlə zəngin olan kivi arıqlamağa da kömək edir.

- Dərini cavanlaşdırır və gözəlləşdirir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.