Maraqlı

Yapon qadınların gözəllik sirri - Mətbəx streci ilə dəriyə necə təsir etmək olar?

12 Mart 2019 23:05
6 Şərh     Baxış: 1 812

Mətbəx streci vasitəsilə cavanlaşdırıcı prosedurlar günü-gündən populyarlıq qazanır. Onun köməyi ilə üzə sauna-bürümə proseduru tətbiq edilir. Həmçinin də strecdən kosmetik vasitələrin təsirinin artması üçün də istifadə edilir.

Milli.Az medicina.az-a istinadən yapon qadınlarının istifadə etdikləri ən təsirli cavanlaşdırıcı prosedurlardan birini təqdim edir:

Yapon qadınları bütün dünyada gözəllikləri, təmiz və hamar dəriləri ilə tanınırlar. Onlar üzlərinə bahalı üz qulluq vasitələrindən əlavə, üz masajı, yaşlanma əleyhinə maskalar, cavanlaşdırıcı komplekslər və əsrlərdir mövcud olan xalq təbabəti reseptlərini də tətbiq edirlər. Maskalardan əlavə tətbiq olunan kiçik hiylələrdən biri də üzə mətbəx strecinin bağlanmasıdır.

Bu işin sirri ondadır ki, strec bağlandıqda üzün dərisi tərləməyə başlayır və nəticədə məsamələr açılır. Məsamələri açıq olan dəriyə isə tətbiq olunan maskalar dərinin daha dərin qatlarına gedir və kollagenin sintez olunmasına şərait yaradır.

İstifadəsi:

1.Üzünüzü və boynunuzu örtəcəq qədər strec kəsin

2.Stresin üzərində göz, ağız və burun üçün deşiklər açın

3.Üzünüzü lasyonla silin və sabunla yuyun

4.Streci üzünüzə möhkəm yapışdıraraq 15 dəqiqə saxlayın

5.Eyni formada başqa bir strec hazırlayaraq üzərinə qalın təbəqə ilə cavanlaşdırıcı maska çəkin

6.Üzünüzdəki streci çıxararaq salfetlə qurulayın

7.Daha sonra maska çəkilmiş streci üzünüzə yapışdıraraq 15 dəqiqə saxlayın

8.Sonda plyonkanı çıxararaq üzünüzü ilıq su ilə yuyun.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Mart 23:07518

    Yapon xanımlarinda zerre qeder gözellik görmürem hecc cazibedar da deyiller Yapon, Koreya, Çin kinolarina baxirsan hamisi xanimlar oxsuyurlar ..Gözellerin hamisi Azerbaycandan cixiblar özü de hamisi Şamaxı bölgesinden vessalammm men dedim qurtardi Yoldaş Zülümov dedi qurtardi )))))

    Cavab yaz
    • Anonim
      ~~~ · 13 Mart 00:1634

      :))Özündən razı insanlardan, əsas da özünə gözəl deyənlərdən zəhləm gedir,amma nəsə sən yazanda gülmək tutur məni)Həmişə gözəllikdə Milli.Azın ən gözəl qızı Esra)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 08:5724

        Coxxx saq ol canim menim ,daime üzün gülsün , könlün açılsın.

        Cavab yaz
    • Anonim
      Heyat · 13 Mart 00:3807

      Heri duppeduz.Sen dediyin Zulumovun yox Stalinin emridir.Wamaxi gozelliyinin sirri worundadir.Worundan ye suyundan ic ol agappaq agca maya.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:0024

        Men doqulandan ağca mayayam. Neyinden yeyirem dexli yoxdu esas odu hem gözelem hem de qelbe deyen deyilem.

        Cavab yaz
    • Anonim
      Dilare · 13 Mart 08:2380

      Azərbaycan xanimlarinin hamısı gözeldi .tek samaxi yox butun golgelerimizin xanimlari gozeldi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.