Maraqlı

İlk kvant radiosu yaradılıb

14 Mart 2019 08:01
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderland tədqiqatçıları tərəfindən yaradılmış kvant sxemi ən zəif radiosiqnalı dinləməyə imkan verir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, zəif radiosiqnallar yalnız xəstəxanalarda maqnit rezonans tomoqrafiya (MRT) skanerləri üçün deyil, həm də alimlər tərəfindən kosmosda müşahidə üçün istifadə edilən teleskoplar üçün problem yaradır. Delft Texnologiya Universitetinin mütəxəssisləri kvant mexanikası nəzəriyyəsi tərəfindən icazə verilən ən zəif siqnalların aşkar edilməsini nümayiş etdiriblər.
 
Kvant radiosundan istifadə edən tədqiqatçılar ağır obyektlərin kvant vibrasiyasını dinləyə və ona nəzarət edə, həmçinin kvant mexanikası və qravitasiya arasındakı qarşılıqlı əlaqəni tədqiq edə biləcəklər. Yeni kvant sxemi radioastronomiya və tibb kimi sahələrdə gələcək hazırlamalar üçün zəmin yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.