Maraqlı

Yeni iPhone-da nələr olacaq?

14 Mart 2019 08:11
0 Şərh     Baxış: 624

2019-cu ilin payızında təqdim ediləcək yeni nəsil "iPhone" smartfonunda 3D şəkil çəkmə funksiyası reallaşdırılacaq. Bu haqda "Business Insider" nəşri yazıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, proqnozlaşdırılan dəyişikliklərdən biri üç linzalı kamera olacaq. Beləliklə, "Apple" daha əvvəl öz qabaqcıl qurğularını üç linzalı kamera ilə təchiz etmiş "Samsung" və "Huawei" şirkətləri ilə rəqabətdə uduzmaq istəmir. Gözləntilərə görə, ABŞ istehsalçısı 2020-ci ildə "iPhone" smartfonuna mürəkkəb 3D kamera quraşdıracaq, ancaq bu texnologiyanın əvvəlcə "iPad" planşetində sınaqdan keçiriləcəyi istisna edilmir.
 
Bundan başqa, kamera və qurğu sahibinin tanınması proqramı ("Face ID") təkmilləşdiriləcək.
 
Həmçinin "Samsung Galaxy S10" qurğusunda olduğu kimi, başqa qurğuların enerji ilə doldurulması funksiyası gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.