Maraqlı

Xiaomi Redmi 7 120$ dollardan baha satılmayacaq

14 Mart 2019 08:31
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkətinin artıq müstəqil brendi kimi fəaliyyət göstərən Redmi özünün büdcəli Redmi 7 smartfon modelinin təqdimatına hazırlaşır. Məlumata əsasən bu smartfon Redmi seriyasının ən ucuz smartfon modeli olacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun isə Redmi 7 haqqında bəzi məlumatlar verib. Bu barədə Mydrivers saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Redmi 7 smartfnu infraqırmızı giriş hissəsi, 3.5 mm-lik audiogiriş hissəsi və geniş gəcmli batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sertifikatlaşdırma təşkilatı olan TENAA-nın məlumatlar bazasına əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Bundan əlavə olaraq Lei Jun smartfonun qiyməti barəsində məlumat da verdi. Onun sözlərinə əsasən Redmi 7 modeli 105-120$ qiymətində satışa çıxacaq. Əvvəlki modellərin uğurlu olmasını və Redmi 7-nin qiymətini nəzərə alsaq, güman etmək olar ki, sözügedən smartfona yüksək tələbat olacaq. Xiaomi şirkəti isə söz verib ki, o, böyük sayda Redmi 7 smartfonu istehsal edib və buna görə də smartfon sayının çatışmazlığı problemi yaşanmamalıdır. Çox güman ki, smartfon 18 mart tarixində təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.