Maraqlı

Motorola-nın qatlana bilən smartfonu barəsində yeni məlumatlar yayıldı

14 Mart 2019 08:41
0 Şərh     Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Motorola şirkəti artıq özünün qatlana bilən smartfon modeli üzərində çalışdığını təsdiqləyib. İndi isə həmin smartfon modelinin özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Əfsanəvi Motorola RAZR V3 smartfon modelinin müasir davamçısı olacaq smartfon barəsində məlumatları XDA-Developers saytının istifadəçiləri veriblər. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə təqdim olunmuş yeni məlumatlar Motorola şirkətinin qatlana bilən smartfonunun kiçik xarici və böyük daxili ekrana sahib olacağını təsdiqləyirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, xarici ekrandan sadəcə olaraq Moto Dsiplay, Moto Actions və Moto Camera kimi tətbiqlər üçün istifadə olunacaq. Burdan da belə qənaətə gəlmək olar ki, xarici ekranda bildirişlər, zaman, multimedia və kamera üzrə idarəetmə düymələri əks olunacaqlar. Tam açıq şəkildə xarici ekran sensorlu idarəetmə funksiyasını reallaşdıracaq. Bundan əlavə olaraq xarici ekranda smartfonun müxtəlif funksiyalarına sürətli keçidi reallaşdıracaq 6 ədəd düymə də yerləşə bilər.

Smartfon qatlanmış vəziyyətdə olarkən aktivləşdiriləcək Google Assistant səsli köməkçisi zamanı xarici ekranda xüsusi animasiya əks olunacaq və istifadəçi öz istəyinə görə həmin animasiyanı deaktiv edə biləcək. Xarici ekranın yuxarı hissəsində həmçinin əsas kamera da yerlşəcək. Qapalı şəkildə həmin kameradan selfi kamerası kimi də istifadə etmək mümkün olacaq. Smartfonun daxilində daha bir kamera modulunun olub-olmayacağı bilinmir. Motorola şirkətinin qatlana bilən smartfonunun təqdimatının bu ilin yay fəslinin sonunda baş tutacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.