Maraqlı

NASA 5G bağlantı imkanı yaradan drone test edəcək

14 Mart 2019 08:26
0 Şərh     Baxış: 720

Yaponiyanın texnologiya şirkəti SoftBank, NASA və ABŞ aerokosmik şirkəti AeroVironment istənilən bölgədə 5G bağlantısını təmin edəcək günəş enerjili nəhəng drone-lər üzərində işlər görür.

Milli.Az chip.az-a istinadən bildirir ki, SoftBank Hawk 30 model prototipli bir drone gələn həftə ilk uçuşunu edəcək. Gələn üç ay ərzində yeni test uçuşları keçiriləcək. Layihənin məqsədi dünyanın ən uzaq bölgələrini belə internet xidməti ilə təmin etməkdir.

Hawk 30 10 elektrik mühərrikli və 20 kilometr yüksəkliyə qalxa bilən drone olacaq. Bu detallar xaricində cihaz haqqında başqa məlumat yoxdur.

Qeyd edək ki, Hawk 30, nəhəng ölçülərə malik ilk drone olmayacaq. Aerovironmentin bir əvvəlki prototipi Helios, 747-dən daha geniş qanad açıqlığına malik bir vasitə idi. 2001-ci ildə yüksəklikdə uçmağa başlayan vasitə, 2 il sonra hava təzyiqinə dözməyərək parçalanmış və okeana düşmüşdü.

Drone ilə uzaq bölgələrə internet aparmaq fikri olduqca populyardır. Facebook-un da bənzər bir cihaz inkişaf etdirmək layihəsi var. Firma, Aquila layihəsi ilə drone istifadə edərək uzaq bölgələrə internet əlaqəsi təmin etməyi qarşısına məqsəd qoyub. Google da 2016-ci ildə Skybender sistemini sınamışdı. Bu sistem daha sonra yerini şarlara və Alphabetin Loon layihəsinə buraxdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.