Maraqlı

Bu küçəyə bloqerlər buraxılmayacaq

14 Mart 2019 08:35
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada bir küçənin sakinləri fotoşəkil çəkmək istəyən insanlardan bezdikləri üçün küçəyə giriş və çıxış yolunda bir qapı qoydurmaq istəyirlər.

Bütün dünyada, eləcə də ölkəmiz İnstagram fenomen olmaq istəyən insanlarla doludur. Sosial mediada xüsusəndə İnstagram-da paylaşılan şəkillər və videolar böyük auditoriyaya çatır. Bu aditoriyanın marağını daim saxlamaq üçün isə blogerlər müxtəlif üsullara əl atırlar ki, bunlardan biri də məkan müxtəlifliyidir.

Milli.Az chip.az-a istinadən bildirir ki, Parisdə rəngarəng evlər və cobblestone küçələri ilə örtülü olan Cremieux küçəsi məhaz İnstagram-da paylaşım etmək üçün ideal məkandır. Lakin, sakinlər bu vəziyyətdən heç də razı deyillər. Belə ki, küçə sakinləri tərəfindən verilən şərhlərə görə, gün boyu foto və video çəkmək istəyən yüzlərlə adam orada oturan insanları narahat edir.

Bu vəziyyətə son qoymaq istəməyən sakinlər də küçəyə qapı yerləşdirməklə giriş və çıxışlarını xüsusən günbatımı kimi ən çox çəkiliş olunan saatda nəzarətin artırılmasını istəyir.

Bir fransız radiosuna interviyu verən sakinlərindən biri -" Oxuyanlar pəncərənin altından çəkiliş etmək üçün ən azı 2 saat vaxt sərf edirlər. Subaylığa vəda partisi təşkil edənlər isə saatlarca qışqıra-qışqıra əylənirlər ki, bu da artıq bizi bezdirib." deyə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.