Maraqlı

Maye metalı plazmaya çevirmək mümkün oldu

14 Mart 2019 21:20
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maddənin halları deyiləndə ağla ilk olaraq bərk, maye və qaz gəlsə də maddənin başqa bir halı daha var: plazma. Plazma üzərində araşdırmalar aparan elm insanları, ilk dəfə bir maye metalı plazmaya çevirməyin yolunu kəşf etdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, plazma elektriki asanlıqla çatdıran, sərbəst hərəkət edən elektron və ionlardan ibarət olan bir quruluşa malikdir. Dünyada çox tapılmasa da, kainatdakı maddələrin çoxunu plazmalar təşkil edir. Bənzər formada süni olaraq da plazma yaradıla bilər; məsələn bir zamanlar plazma televizor olaraq bildiyimiz cihazların ekranları, elektronların parlama prinsipinə söykənərək işləyir.

Roçester Universitetinin Lazer Enerji Laboratoriyasının (LLE) araşdırmaçıları, ilk dəfə, bir maye metalı plazmaya çevirmənin və yüksək sıxlıqlı şərtlər altında bir mayenin plazma vəziyyətinə keçdiyi istiliyi müşahidə etmənin bir yolunu tapdılar. Physical Review Letters jurnalında nümayiş olunan müşahidələr, planetlərin quruluşunun daha yaxşı başa düşülməsində qatqı təmin edə bilər.

LLE-də işləyən araşdırmaçı Məhəməd Zağu, plazma çıxarmanın yüksək sıxlıqlı şərtlər altında maye metalın isidilməsilə reallaşdığını deyib: "Bunu daha əvvəl heç müşahidə etməmişdik, halbuki bu gün etdiyimiz, tam olaraq hədəfimiz idi".

Araşdırmanın ən diqqət çəkən istiqamətlərindən biri isə, yüksək sıxlıqlardakı maye metalların kvant xüsusiyyətləri göstərməsidir. Bununla birlikdə əgər maye metallar plazma halına keçsələr, klassik fizika xüsusiyyətləri sərgiləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.