Maraqlı

İnsan ziyan içindədir

14 Mart 2019 21:55
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali dini Rəhbər ayətullahul-üzma Seyyid Əli Xameneyi cənabları, müqəddəs Rəcəb ayı ilə bağlı öz tövsiyələrini vermiş və buyurumuşdur: "Rəcəb ayı - müqəddəs aylar nərdivanın ilk pilləsidir ki, ondan sonra Şəban və Ramazan ayı gəlir. Harada oluruqsa-olaq, bu aylarda qəlbimizdə olan qəfləti və zülməti aradan aparmağa çalışmalıyıq. Gərək səy edək ki, Allahın bu sonsuz rəhmətindən bacardıımız qədər çox istifadə edək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur ki, insan ziyan içindədir. Yəni, insan ömrünü yandırandır, bada verəndir. Hər birimiz hər an sərmayəmizi əldən verməkdəyik. Bəs sərmayəmiz nədir? Əlbəttə ki, ömrümüz. Mən və siz hər an bu sərmayəni əldən verməkdəyik.

Bəs nə edək ki, sərmayəmizi yaxşı işlərə xərcləyək? Bunun üçün iman və saleh əməl lazımlıdır.

Sərmayəmizin əldən getməsinə baxmayaraq, yerini gözəl əməllər alar və axirətimiz üçün azuqə edər. Bu, ona bənzəyir ki, pulu götürüb bazara gedirsiniz və hamısını xərcləyirsiniz. Sizin üçün qalıcı olan isə aldıqlarınız olur.

Rəcəb ayı - istiğfar ayıdır.

Rəcəb ayı hər bir Allah yolçusu üçün ən yaxşı fürsətdir. Dua ayıdır, təvəssül ayıdır, istiğfar ayıdır. Heç kəs təsəvvür etməsin ki, o, istiğfardan ehtiyacsızdır. Həzrət Peyğəmbərin (s) özü belə, hər gün ən azı 70 dəfə istiğfar edərdi. İstiğfar hamı üçündür.

Lazım bilirəm ki, bacı və qardaşlarımıza və xüsusilə də cavanlarımıza deyim ki, bu müqəddəs aya diqqət etsinlər və onun fəzilətlərindən boyun qaçırtmasınlar. Məna əhli, ariflər bu ayı Ramazan ayının başlanğıcı hesab edirlər. Rəcəb və Şəban ayı - bəndənin Allah ziyafətində iştirak etməsi üçün hazırlıq aylarıdır.

İnsan əvvəl qəlb hüzuruna diqqət etməlidir. Özünü Allahın qarşısında hesab etməlidir. Özünün bütün hərəkətlərini, bütün niyyətlərini, bütün qəlb xatalarını Onun qarşısında hesab etməlidir. Birinci dərəcədə bu, mühüm amildir.

Əgər qəlb hüzuru hasil olarsa, dediklərimizə, etdiklərimizə və eşitdiklərimizə də təsir qoyar. Diqqət etməliyik ki, nə deyirik, hara gedirik, hansı işi görürük, kimin əleyhinə danışırıq.

O zaman ki, insan özünü Allah qarşısında hiss edər, öz hərəkət və rəftarlarına daha çox diqqət edər.

Rəcəb ayına məxsus dualar vardır. O zaman ki, bu duaların mənasına diqqət edirik, görürük ki, tövhid dünyasından bəhs edir. Allahın əzəmətini, sifətlərini dərk etmək, özünü bu sifətlər qarşısında müşahidə etmək, Allaha tərəf gedən aydın yolu görmək, ona meyil etmək və rəğbət göstərmək - Rəcəb ayının dualarının xüsusiyyətlərindəndir. Tövhidə diqqət etmək, Allaha diqqət etmək, Onun sifətlərinə diqqət etmək - bu ayın qədrini daha da artırır.

Bu ayın ortasında cavanlarımız uzun illərdir ki, etikafı yerinə yetirirlər. Məscidə getmək, oruc tutmaq, ibadət və dua ilə məşğul olmaq necə də gözəl mənzərədir. Gedin və məsciddə əyləşib, etikafla məşğul olun. Əvvəllər biz bu ibadətdən qafil idik. İndi isə əksinədir. Məscidlər etikaf zamanı qadınla, kişi ilə, cavanla, qoca ilə dolu olur. Bu, bir millət üçün çox dəyərlidir ki, üç gün oruc tutub, məsciddə ibadətlə məşğul olsun. Siz də bu fürsətlərdən istifadə edin. Ey cavanlar! Sizlər daha çox istifadə edin.

Qafil qəlb həmişə şeytanın hücumuna məruz qalar. O zaman ki, şeytan (lən) insan qəlbinə hakim olar, yer üzündə fəsad və zülm artar. Bu cür fəsaddan uzaq olmağın tək yolu - Allahla rabitə qurmaq və qəlbi səfalı və pak etməkdir.Əgər şeytan qəlblərə nüfuz etməsəydi, hamı səfa içində yaşayardı.

Cəmiyyətdə olan bütün bədbəxtliklərin sirri - Allahdan uzaq olmaqdadır. İslam dini Allahla rabitə qurmaq üçün xüsusi yollar təqdim etmişdir. Bu fürsətlərdən biri də Rəcəb ayıdır. Ona görə də Rəcəb ayının qədrini bilin. Əgər bəndə bu ayda Allaha yaxın olarsa, hazır halda Ramazan ayına daxil olar. Bu zaman Ramazan ayı həmin bəndə üçün İlahi ziyafət olar.

Rəcəb ayı daha çox namaz ayıdır. Şəban ayı isə dua və oruc. Bu üç ayda bacardığınız qədər azuqələrinizi artırın.

Rəcəb ayı, ibadət və təvəssülün baharıdır. Bu ayın ibadətləri heç də Ramazan ayının ibadətlərindən geri qalmır.

Mənim əzizlərim! Allahla rabitənizi bacardığınız qədər daha möhkəm edin. Xüsusilə də bu mübarək aylarda. Həqiqi Məşuqunuz ilə raz-niyaz edin, yalvarıb, hacətlərinizi istəyin. Bu ayda özünüzü İlahi ziyafət ayı üçün hazır edin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.