Maraqlı

Avstraliyanın Moda Festivalında hicablı model iştirak edir

14 Mart 2019 23:55
0 Şərh     Baxış: 813

Avstraliyanın Melburn şəhərinin hicablı müsəlman xanım modelyeri Hənnanə İbrahim ilk dəfə bu ölkənin Moda Festivalında iştirak ilə diqqəti özünə cəlb edib.
 
Milli.Az maide.az-a istinadən bildirir ki, Hənnanə İbrahimin 25 yaşı var. Onun əsli Sumalidəndir. Bundan öncə məşhur geyim dizaynerləri üçün işləmişdir. Bu işdə müsəlman qadın olaraq bir sıra mədəni problemlərlə də üzləşib.
 
"Hədəfim müsəlman qadınların gələcəyi üçün yeni bir üfüq açmaqdır. Avstraliya çoxmədəniyyətli bir ölkə olmağı ilə tanınır. Amma bu moda sahəsində elə də gözə görünmür. Mən istəyirəm ki, müsəlman qadını barədə yaranmış yanlış obrazı zehnlərdən silim"-deyə  H.İbrahim deyib.
 
O qeyd edib ki, İslamofobiya hər gün artır. Bəzən hicab örtmək mənim üçün problemlər yaradır. Hicablı müsəlman qadın barədə medialarda mənfi təsəvvür yaradılıb. İslam hicabı vacib edib. Məncə hicab təkcə dini simvol və şəxsin müsəlman olmasının göstəricisi deyil.  
 
Qeyd edək ki, 2017-ci ilin rəsmi hesabatına əsasən Avstraliyada 600 min müsəlman yaşayır. Müsəlmanlar ölkənin 2.6 faiz əhalisini təşkil edirlər. Bu rəqəm 5 il öncəyə nisbətdə 15 faiz çoxalmışdır.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.