Maraqlı

Yadplanetli gəmi sərnişin təyyarəsini belə izlədi - VİDEO

13 Mart 2019 07:35
1 Şərh     Baxış: 4 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılan video çarx bütün dünyanın marağına səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir sıra ufoloq və mütəxəssislər bu video çarxın yadplanetlilərin mövcudluğuna dair növbəti dəlil kimi təqdim ediblər.

Video çarx 8 mart tarixində sərnişin təyyarəsində lentə alınıb. Sərnişinlərdən biri qəflətən pəncərədən qeyri-adi, diskəbənzər, metal rəngli obyekt görür. Sərnişin baş verənləri telefonun yaddaşına köçürür və internetə yükləyir.

Kadrlardan da göründüyü kimi, hava gəmisi təyyarəni müşayət edir. Diqqətlə baxanda isə yadplanetli gəminin yuxarı hissəsinin günəş şüaları altında parıldadığı, aşağı hissəsinin isə kölgə ilə örtülü olduğu görünür.

Sirli gəmini sərnişinlərin bir çoxu görüb. Amma onlar baş verənlərə rasional bir izah tapa bilməyiblər. Bəziləri gördüklərindən qorxsa da, xoşbəxtlikdən UNO qısa müddət ərzində yoxa çıxıb.

Təyyarənin pilotları isə uçuş vaxtı qeyri-adi hadisə ilə rastlaşmadıqlarını bildiriblər.

"Mutual UFO Network" beynəlxalq ufologiya mərkəzinin əməkdaşları isə əmindirlər ki, yadplanetli sivilizasiyanın nümayəndələri bizə qarşı xoş və ya düşmən münasibət bəsləmirlər, onlar neytral yanaşırlar. Onlar təyyarəyə və sərnişinlərə ziyan vurmaq niyyətində olmayıblar, sadəcə müşahidə ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yadplanetli gəmi sərnişin təyyarəsini belə izlədi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.