Maraqlı

Qadının eyni gündə aldığı 30 lotereya biletinin hamısı uduşlu olub

11 Mart 2019 22:37
0 Şərh     Baxış: 2 255

Virciniya ştatının sakini Debora Braun yanacaqdoldurma stansiyasında 30 ədəd "Pick 4" lotereya bileti alıb və bu biletlərin hamısı uduşlu olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, biletlərin birinin dəyəri 1 dollar olub. Braun həmin biletlərin hamısında eyni rəqəmlər kombinasiyasını (1-0-3-1) yazmağı qərara alıb. İş belə gətirib ki, bu biletlərin hərəsi Brauna maksimal məbləğdə - 5 min dollar qazanc gətirib.

Braun sonradan etiraf edib ki, əvvəlcə 20 bilet alıb və rəqəmlər kombinasiyasını intuitiv olaraq qeyd edib. Gün ərzində "həmin rəqəmləri görən" Braun daha 10 bilet almağı və həmin biletlərdə də eyni rəqəmlər kombinasiyasını qeyd etməyi qərara alıb. Beləliklə, o, 150 min dollar uduş əldə edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.