Maraqlı

Filadelfiya ABŞ-da nağdsız mağaza və restoranları qadağan edən ilk şəhər olacaq

11 Mart 2019 22:17
0 Şərh     Baxış: 602

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) təkcə nağdsız ödəniş yerlərinin qadağan edilməsi haqqında qanun qəbul edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən qanun şəhər meri Cim Kenni tərəfindən cari ilin fevralında Şəhər Şurasının qəbul etdiyi müvafiq qanun layihəsi əsasında imzalanıb. 2019-cu ilin iyul ayında qüvvəyə minəcək sənədə görə, öz müştərilərindən nağd ödənişləri qəbul etməkdən imtina edən mağaza və restoranlar 2 min dollaradək məbləğdə cərimə olunacaqlar.

Son illər nağdsız mağaza və restoranların sayı artıb. Nağdsız tranzaksiyaların tərəfdarları iddia edirlər ki, müştərilər üçün üzərində nağd pul gəzdirməmək, kredit və debit kartlarından istifadə edərək ödəniş etmək daha rahat və əlverişlidir. Bundan başqa, mağaza və restoranlarda üzərində nağd pulun olmaması onların cinayətkarlar tərəfindən qarət edilməsi ehtimalını istisna edir. Nağdsız ödənişlərin tərəfdarları isə bildirirlər ki, nağdsız ödənişləri qəbul etməkdən imtina edən mağaza və restoranlar kredit və debit kartından istifadə etməyənlərə qarşı ayrı-seçkilik aparırlar.

Şəhər Şurasının üzvü və yeni qanunun həmmüəllifi Bill Qrinlinin sözlərinə görə, bundan sonra şəhərin bütün sakinləri hansı sosial təbəqəyə aid olmasından asılı olmayaraq, özlərini bərabərhüquqlu hesab edəcəklər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.