Maraqlı

MediaTek yeni 7 nanometr prosessor istehsal etməyi hədəfləyir

12 Mart 2019 08:05
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Intel və Qualcomm kimi sənaye liderləri ilə rəqabət aparmaq üçün böyük addımlar atan MediaTek bu yaxınlarda 7 nanometr istehsal texnologiyası ilə inkişaf etdiriləcək yeni bir prosessor üzərində işləyir.

Milli.Az chip.az-a istinadən bildirir ki, processor sahəsində dünyanın ən məşhur markalarına lider olan MediaTek-in növbəti hədəfi 5G texnologiyası və süni intellekt ilə 7 nanometr çipset istehsal etməkdir.

MediaTek-in qabaqcıl özəllikləri ilə diqqət çəkən Helio P90-nın ardından istehsal olunan və adı açıqlanmayan  prosessor Snapdragon 855 və Kirin 980-lə müqayisədə daha yaxşı  performans göstərməyi hədəfləyir. Helio P90-un keçən il buraxılan 12 nanometrlik prosessorunu nəzərə alsaq 7 nanometrlik prosessor şayiələrin haqqını verəcək kimi görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.