Maraqlı

OnePlus 7-nin qiyməti və texniki göstəriciləri bilindi

12 Mart 2019 08:35
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OnePlus şirkəti özünün OnePlus 7 flaqman smartfonunun hələ heç təqdimat tarixini elan etməsə də, smartfon barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. Bir neçə müddət bundan öncə OneLeaks ləqəbi ilə tanınan məşhur insayder sözügedən flaqman smartfonunun dizaynını ortaya çıxartmışdı. İndi isə Giztop adlı online mağaza OnePlus 7 smartfonunun texniki göstərici və qiymət məlumatlarını təqdim edib. Bu barədə Gizchinasaytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, diqqətçil istifadəçilər əks olunmuş fotoya şübhə ilə yanaşa bilərlər. Belə ki, əks olunmuş fotodakı smartfon məhz OnePlus 6T modelidir. Həmçinin fotodakı smartfonun sağ tərəfində səssiz rejimə keçid düyməsi də yoxdur. Lakin təqdim olunmuş texniki göstəricilər çox inandırıcı görünürlər və əvvəlki məlumat sızıntıları ilə üst-üstə düşürlər.

Beləliklə əgər Giztop online mağazasına inansaq, OnePlus 7 smartfonu 6.5 düym Optic AMOLED ekran (Gorilla Glass 6 qoruyucu şüşə ilə örtülü və ekrana inteqrasiya edilmiş ən sürətli barmaq izi skanı texnologiyalı), Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 20 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera (ön kamera smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək) və 44 vatt gücündə enerji qəbul edə biləcək sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Smartfon OxygenOS 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Mağazanın verdiyi məlumata əsasən 8 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq versiya 569$ qiymətində satılacaq. Qeyd etmək lazımdır ki, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 6T modeli 579$ qiymətində satılır. OnePlus 7-nin təqdimatının bu ilin ikinci rübündə baş tutacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.