Maraqlı

Facebook-da ağ-qara rəngli istifadəçi interfeysi əlavə edəcək

12 Mart 2019 08:46
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə Facebook şirkəti özünün Messenger tətbiqinə Dark Mode rejimini əlavə etmişdi. İndi isə şirkət öz əsas tətbiqi üçün yeni interfeys rəngini hazırlayır. Bu barədə Gagadget saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, XDA-Developers saytının istifadəçilərindən biri Facebook tətbiqinin Android üçün olan versiyasının yeni interfeys fotolarını təqdim edib.

Fotolardan da görmək olar ki, şirkət öz tətbiqində göy rəngdən tamamilə imtina edərək onu ağ-qara rəng ilə əvəz edib. Bu cür rəng interfeysi bir qədər Instagram-ı xatırladır. Bundan əlavə olaraq tərtibatçılar istifadəçinin ana səhifəsinin yuxarı hissəsinə iki ədəd yeni qovluq da əlavə ediblər. Söhbət, istifadəçi hesabı və video bölmələrindən gedir. Ağ-qara rəngli istifadəçi interfeysinin Facebook tətbiqinə nə zaman əlavə olunacağı barəsində hələki heç bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.