Maraqlı

​​​​​​​Zeytun yağının daha bir faydası aşkarlandı

16 Mart 2019 23:15
0 Şərh     Baxış: 1 454

Zeytun yağının sağlamlığa müxtəlif faydaları barədə çox eşitmişik. Bu yağ daxili orqanlar, immunitet sistemi ilə yanaşı, saç və dəriyə də xeyirdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu günlərdə aparılan yeni araşdırma zamanı isə zeytun yağının daha bir faydası aşkarlanıb. Demə, həftədə bircə dəfə belə zeytun yağı içmək trombun yaranma riskini azaltmağa kömək edir.

Piylənmədən əziyyət çəkən insanlarda ürək tutma və insult riskinin yüksək olduğu məlumdur. Zeytun yağından istifadə isə piylənmə təhlükəsini azaldır, bununla da ürək-damar xəstəliklərinin olma ehtimalı minimuma enir.

Nyu-York Universitetinin tibb fakültəsinin mütəxəssisləri apardıqları araşdırma zamanı piylənmədən əziyyət çəkən 63 şəxsin qan nümunələrini analiz ediblər. İştirakçıların orta yaş həddi 32,2 olub: onlar siqaret istifadəçiləri olmayıblar, eyni zamanda diabetdən əziyyət çəkməyiblər.

Məlum olub ki, həftədə ən azı bir dəfə zeytun yağı istifadə edənlərdə trombositlərin (əsas funksiyası qanın laxtalanması ilə bağlıdır) aktivliyi aşağı səviyyədədir. Bir dəfədən çox istifadə edənlərdə isə müsbət effekt daha yüksək olub.

Bu tədqiqat Amerika Kardiologiya Assosiasiyasının elmi sessiyasında təqdim edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.