Maraqlı

Gözəl saçların 8 "düşməni"

16 Mart 2019 19:45
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saçlarınızın gözəl olmasını istəyirsiniz? Onda sadaladıqlarımıza diqqət etməyiniz lazımdır. Aşağıda sıralayacağımız 8 amil saçlarınızın gözəl olması üçün bütün səylərinizi puça çıxara bilər.

1. Xlor

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, üzgüçülük həvəskarısınızsa, saçlarınız üçün narahatlıq keçirməli olacaqsınız. Xüsusən hovuzda xlorlu suda üzgüçülüklə məşğul olmaq saçlarınızın problemlərlə üzləşməsinə gətirib çıxaracaq. Xlorlu su nəinki saçın parlaqlığını korlayır, eyni zamanda saç və baş dərisi üçün vacib olan nəmlikdən məhrum edir. Odur ki, xlorlu sudan çıxandan mümkün qədər tez müddətdə saçları xüsusi şampunla yumaq məsləhətdir. İtirilmiş nəmliyi kondisioner, yaxud qidalandırıcı maska da bərpa etməyə yardımçı olar.

2. Süni ətirləndiricilər

Tərkibində süni ətirləndirici olan saç vasitələri sağlamlıq üçün riskli ola bilər. Çalışın, tərkibində təbii ekstraktlar və efir yağları olan vasitələrdən istifadə edin.

3. Sintetik rəngləndirici

Sintetik rəngləndiricilərdən saç üçün vasitələrdə geniş istifadə olunur: şampunlarda, saç düzləndirici vasitələrdə və saç boyalarında. Bəzi sintetik rəngləndiricilər neft məhsullarından və qətrandan alınır, odur ki, onlardan kənar durun. Lakin yenə də saçlarınızı rəngləmək fikrinizdə qətisinizsə, saçınızı hissə-hissə rəngləyin ki, rəngin baş dərisi ilə təması minimuma düşsün.

4. Sulfatlar

Sulftatların müxtəlif növləri baş dərisinin və saçların nəmlənməsini əngəlləyir, saçların rəngini korlayır. Odur ki, saçları təmizləmək üçün bitki tərkibli təbii vasitələrə üstünlük verin.

5. Propilen qlikol

Əgər saçlar üçün vasitələrin siyahısında propilen qlikol inqridiyentini görürsünüzsə, ən yaxşısı başqasını seçməkdir. Nəmləndiricilər arasında populyar olmasına baxmayaq, bu vasitə dərini qıcıqlandıra və korlaya bilər. Ən yaxşısı tərkibində təbii vasitələr olan nəmləndiricilərdən istifadə etməkdir. Həssas dərisi olanlar daha çox diqqətli davranmalıdırlar.

6. Yaş saçları rezin bağla yığmaq

Yaş saçlar çox kövrək olur. Ona görə də saçlarınızı qurutmadan rezin bağla yığmayın. Bu, saçlarınn qırılmasına səbəb ola bilər. Saçınızın qurumasını gözləyin, sonra rezinlə yığın. 

7. Baş dərisi üçün yağ tərkibli vasitələr

Ekspertlər baş dərisi üçün tərkibində yağ olan vasitələrdən istifadəni məsləhət görmürlər. Çünki baş dərisi və saçlar bundan daha çox yağlanır və şampunla daha tez-tez yuyulması tələb olunur ki, bu da saçların qırılmasına və solğunlaşmasına gətirib çıxarır.

8. Saç üçün qara rəngli boya

Saçlarınızı boyatdırmağı xoşlayırsınızsa, qara rəngdən qaçmaq məsələhətdir. Bu, ən dayanıqlı rəng olduğuna görə sonradan onu başqası ilə əvəzləmək çətin olur. Odur ki, saçınız üçün başqa rəng seçin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.