Maraqlı

Qadınlar ona görə kişilərdən çox danışır ki… - MARAQLI FAKTLAR

16 Mart 2019 19:10
3 Şərh     Baxış: 858

Milli.Az e-tibb.az-a istinadən qadınlar haqqında maraqlı faktları təqdim edir. Bunları bilirdinizmi?

- Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.

- Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.

- Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.
 

- Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.

- Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə, başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.
 
- Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.

- Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.
 
- Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat "şpaqat" vəziyyətində otura bilirlər.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Papatya · 16 Mart 19:1640

    MaşaAllah o zaman bize:)))

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 16 Mart 19:2610

    Ne cox danismaq, ne de agri meselesi ile razi deyilem

    Cavab yaz
  • Anonim
    ♡Esmanur♡ · 16 Mart 21:1500

    Maraqlı oldu)teşekkür

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.