Maraqlı

Nar, alma, fındıq... – Nəyə FAYDALIDIR?

16 Mart 2019 20:10
0 Şərh     Baxış: 718

Çox zaman yediyimiz qidaların, meyvə-tərəvəzlərin hansının nəyə faydalı olduğunu bilmirik. Bəzən isə bu barədə ziddiyyətli məlumatlara malik oluruq.

Milli.Az e-tibb.az-a istinadən daxili xəstəliklər üzrə mütəxəssis Çinarə Səfərovanın fikirlərini təqdim edirik:

Nar - güclü antioksidantdır, qan təzyiqini normallaşdırır, damarları qoruyur və xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir.

Alma - ağciyər xərçəngi, astma və şəkər xəstəliklərində orqanizmə faydası böyükdür.

Tərkibində olan K vitamini sayəsində orqanizmi möhkəmləndirir. Yeməkdən 30 dəqiqə əvvəl yeyildiyi zaman iştahanı azaldır.

Fındıq, fıstıq, qoz, badam - sağlam yaşamaq istəyən insanların həftədə ən az 5 dəfə 25 qram qoz-fındıq yemələri məsləhətlidir. Bu onlarda ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olur.

Yemişan - orqanizmi xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. O arterial təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir.

Yumurta - ən təbii və zərərsiz qidadır. Yumurtanın tərkibi proteinlə zəngin olsa da, kalori dəyəri aşağıdır. O beyin hüceyrələrinin qoruyur və gözə çox faydalıdır.

Mal əti - protein və B 12 ilə zəngindir. Orqanizmin müqavimətini gücləndirir.

Süd - vitamin, mineral və orqanizm üçün lazım olan bakteriyalarla zəngindir. Tərkibində olan kalsium sümük sisteminin möhkəmlənməsində böyük rol oynayır.

Brokkli kələmi - orqanizmi toksinlərdən qoruyur, mineral və vitaminlərlə zəngindir. Orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur.

Lobya - şəkər və ürək-damar xəstələri üçün çox faydalıdır. Gün ərzində 25-30 qram yemək tövsiyə edilir...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.