Maraqlı

Dil xərçənginin 5 əlaməti – Diqqətli olun!

16 Mart 2019 23:20
1 Şərh     Baxış: 7 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər dilinizin üzərinə yara çıxıbsa, bir neçə həftə və ya aylar boyunca sağalmırsa, əksinə daha da böyürürsə, mütləq həkimə müraciət edin. Bu, şiş xəstəliyindən xəbər verə bilər. 

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, dil xərçənginin əsas beş əlamətinin olduğu vurğulanır.  

Əsas əlamət dildə çıxan yaralar hesab olunur.

Bu yaralara dilin hər tərəfində rast gəlinə bilər. Dildə adi bir yarananın olması da mümkündür. Adi yara bir neçə günə geriləyir, sağalır.  Amma yara uzun müddət sağalmırsa, kənarları nahamardırsa, diqqətli olmaq lazımdır.

Bu yaralar-şişlər böyüyərək dildə sərtilk yarada bilər. Dildə sərtlik yaranıbsa, bu, şiş əlamətidir, mütləq həkimə müraciət olunmalıdır.

İkinci əlamət boyunda şişkinliyin yaranmasıdır.

Dil xərçəngi zamanı boyunda yerləşən limfa vəzləri böyüyür. Boyundakı limfa düyünləri tədricən böyüyərək sərtlik yaradır, bu isə hərəkət qabiliyyətinin itməsinə səbəb olur.

Bu da xərçəngdən şübhələnməyə əsas verir.

Bundan başqa, danışığın çətinləşməsi də xərçəngin əlamətlərindən sayılır. Xərçəng inkişaf edibsə, dili ağızda rahatlıqla döndərmək mümkün olmur, bu isə həmin şəxsin danışığında çətinlik yaradır.

Dil xərçəngi dildə ağrı və qanamaya da səbəb ola bilər. Qanama yaranın zədələnməsi nəticəsində ortaya çıxır.

İnkişaf edən mərhələdə dil xərçənginin ağrısı qulaqlara da vura bilir.

Ağızdan kəskin qoxunun gəlməsi də xərçəngin əlaməti sayılır. Pis qoxu xərçəng zamanı ölmüş hüceyrələr, ağız gigiyenasının pozulması nəticəsində də yarana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.