Maraqlı

Bunlar immuniteti gücləndirir

16 Mart 2019 19:40
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmmunitet, bədənin hər cür zərərli mikroorqanizmlərə qarşı dözümlü olmasına, müxtəlif xəstəliklərə qarşı mübarizə aparmasına imkan verən gücdür.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, immun sisteminin daha da güclənməsi üçün qidalanmada üç əlavəyə diqqət ayırmaq, onları mütəmadi olaraq qəbul etmək lazımdır. İmmunitetimiz üçün zəruri olan ilk komponent D vitamini hesab olunur. Yetkinlik yaşında olan əhalinin təxminən 36%-nin bu vitaminin çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

D vitamini depressiyadan və ürək xəstəliklərindən qorumağa qadirdir.

İmmunitet üçün faydalı ikinci əlavə bir çox antioksidant və C vitamini ilə zəngin olan gəndalaş bitkisi sayılır. İmmuniteti gücləndirən bu dərman bitkisi kapsula və sirop şəklində istehsal olunur.

İmmuniteti gücləndirən üçüncü əlavə bağırsaq mikroflorasının nizamlanmasına yönələn probiyotiklər (kəsmik, kefir, qatıq) hesab olunur. İmmunitetin kifayət qədər güclü olması üçün bağırsaq florası zəruri amillərdən biridir. Probiyotiklər mikrofloranın tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.