Maraqlı

Qadın prezervativləri: necə istifadə etməli?

16 Mart 2019 19:50
1 Şərh     Baxış: 7 953

Mütəxəssislər arzuolunmaz hamiləlikdən, cinsi xəstəliklərdən, virus və infeksiyalardan qorunmaq üçün qorumalı cinsi əlaqəni məsləhət görürlər. Cinsi əlaqə zamanı prezervativlərdən istifadə bu cür xəstəliklərin yoluxma riskini azaldır. Dünyada təxminən 46 milyon cütlük prezervativdən istifadə edir və bu cütlüklərin çoxu inkişaf etmiş ölkənin insanlarıdır. Prezervativlərin qadınlar və kişilər üçün ayrı-ayrı formaları mövcuddur. Ancaq cinsi aktlar zamanı kişi prezervativlərindən daha çox istifadə edilir. Qadın prezervativləri haqında isə qadınların çoxunun məlumatı yoxdu.

Mama-ginekoloq Nərmin Məmmədzamanlı bildirib ki, qadın prezervativlərinə diafraqma da deyilir. Lateks tərkibli kauçuk örtüklü həlqədən ibarət diafraqmalar 9 və 17 sm uzunluqda olur. Qadın prezervativi silindr formasındadır və iki ucu var. Bir ucu uşaqlıq yolunun kənarında, digəri uşaqlıq yolu girişində qalır: "Kişi prezervativlərindən fərqli olaraq, qadın prezervativləri haqqında məlumat azdır və çox da istifadə olunmur. Halbuki bu da arzuolunmaz hamiləliyin qarşısını alan effektli vasitələrdən biridir. Hamiləlikdən qorumaqla yanaşı, cinsi yolla ötürülən bəzi infeksiyalardan, hepatit, QİÇS, göbələk və digər xəstəliklərdən də qoruyur. İstənilən yaşda qadınlar istənilən zaman, hətta laktasiya dövründə, abort və doğuşdan sonra da istifadə edə bilərlər. Cinsi əlaqədən öncə, yaxud 8 saat əvvəl də qoyula bilən qadın prezervativlərindən düzgün istifadə olduqca önəmlidir. Yəni diafraqma uşaqlıq yolunun dərinliyinə yerləşdirilməlidir. Daha effektiv olsun deyə spermisid (spermatozoidləri öldürən maddələr) vasitələrlə birgə istifadəsi tövsiyə olunur".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, faydalı tərəfləri ilə yanaşı qadın prezervativlərinin fəsadları da ola bilər: "Diafraqmalar birdəfəlik istifadə üçün nəzərdə olub Eyni prezervativdən ikinci dəfə istifadə etmək olmaz. Bu vasitə 24 saat ərzində hamiləlikdən qoruyur. 24 saat ərzində onu vaginadan çıxarmaq lazımdır. Əgər qalsa, infeksiyalara səbəb ola bilər. Ən böyük fəsadı isə ondan ibarətdir ki, çox istifadə olunduqda sistitə və infeksiyalar yarada bilər".

Həkimin sözlərinə görə, qadın prezervativi vaginaya doğru yerləşdirilsə və əlaqədən sonra lazım olduğu şəkildə çıxarılsa, 99% hamiləlikdən qoruyur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gəmbərgulu · 16 Mart 21:5143

    sorusmag eyyib olmasin, bir aktda hem kisi hemde gadin istifadə etse nece, yəni prizler togguşsa, usag olar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.