Maraqlı

Plastik butulkalardakı su ziyanlıdır?

16 Mart 2019 19:55
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastik butulkalara yığılan suyun sağlamlığa ziyan vurduğu iddia olunur.  

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Belarusdan olan mütəxəssislər bununla bağlı araşdırma aparıblar. Alimlər hesab edir ki, plastik qablara yığılan suda orqanizm üçün çox təhlükəli kimyəvi elementlər meydana gəlir.  

Təxminən 1500 nəfərin iştirakı ilə aparılan tədqiqatlar zamanı plastik butulkalarda olan sudan istifadə edən şəxslərin sidiyi analiz olunub. Məlum olub ki, onların təxminən 95%-nin sidiyində orqanizm üçün ziyanlı olan bisfenol birləşmələri var.

Plastik qabda olan sudan istifadə etməkdən imtina edənlərin sidiyindəki kimyəvi maddələrin səviyyəsi yalnız dörd gündən sonra azalıb.

Alimlər hesab edir ki, plastik qablara yığılan su insan sağlamlığına çoxlu sayda zərər vurur. Bu sırada baş ağrısı, ürək xəstəlikləri və piylənmə problemləri vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.