Maraqlı

Qədim mumiya tapılıb

10 Mart 2019 02:30
0 Şərh     Baxış: 1 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Luksor şəhərinin yaxınlığında arxeoloqlar maraqlı tapıntı aşkar ediblər. Onlar Amon tanrısının məbədinin qulluqçusunun mumiyasını tapıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Annani məlumat verib. Mumiyanın aşkar olunduğu məzarın üç min il əvvəl tikildiyi bildirilir.

Mütəxəssislərin ilkin məlumatına görə, bu məzarlıq qədim misirlilərin hörmət bəslədikləri Amon tanrısı məbədinin qulluqçusu üçün nəzərdə tutulub.

Aşkar olunmuş mumiya barədə məlumat hələlik çox azdır və o, alimlər tərəfindən ətraflı araşdırmalar aparılmayıb. Ekspertizanın aparılması üçün müvafiq şərait yaradılmalıdır. Çünki mumiyanın yaşının çox olduğundan alimlər Misirin tarixi üçün mühüm əhəmiyyət daşıya biləcək bu tapıntını zədələməkdən ehtiyat edirlər.

Bundan əlavə, məzarda ritual maskalar və müxtəlif kiçik fiqurlar tapılıb. Məzarın divarları yaxşı vəziyyətdə qalmış qeyri-adi rəsmlərlə bəzədilib. Ekspertlər geniş araşdırmalar apardıqdan sonra ictimaiyyətə ətraflı məlumat verəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.