Maraqlı

Bu ayda 3 gün oruc tutana, Qiyamət günü tac qoyulacaq

12 Mart 2019 21:40
0 Şərh     Baxış: 1 453

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü ərşin daxilindən çarçı car çəkəcəkdir: "Rəcəbiyyunlar haradadır?".

Bu zaman onların arasından bir dəstə ayağa qalxacaqdır. Bu, o halda olacaqdır ki, üzlərindən nur saçacaqdır. (Allah) onların başına tac qoyacaqdır.

Bu, o kəslərin muzdudur ki, Rəcəb ayında oruc tutublar. Birinci günündə, ortasında və axırıncı günündə".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hicri-qəməri ilinin yeddinci ayı olan Rəcəb ayı, başqa aylarla müqayisədə xüsusi müqəddəsliyə malikdir. Quranın haram elan etdiyi aylardan biri də Rəcəb ayıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Rəcəb - Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətində ona çata bilməz. Kafirləri qətl etmək bu ayda haramdır.

Agah olun ki, Rəcəb - Allahın ayıdır. Şəban - mənim ayımdır, Ramazan ayı - mənim ümmətimin ayıdır. Əgər kimsə Rəcəb ayında bir gün oruc tutarsa - Allahı özündən razı salmış olar. İlahi qəzəb ondan uzaq olar".

İmam Kazım (ə) buyurur: "Rəcəb - behiştdəki bir bulağın adıdır ki, baldan şirin, süddən ağdır. Hər kim Rəcəb ayında hətta bir gün oruc tutarsa, Allah o bulaqdan ona içizdirər".

Rəcəb ayının başqa adları da vardır ki, onlarla tanış olaq: istiğfar ayı, tək ay, Əmirəl-mömininin (ə) ayı, İlahi kəndir və əsm, yəni çox sayda fəzilətə malik olmaq.

Rəcəb - o böyük aylardandır ki, üç Məsum İmam (ə) bu ayda dünyaya gəlmişdir. İmam Baqir (ə), İmam Cavad (ə), Əmirəl-möminin (ə). Məhz bu ayda Peyğəmbər (s) öz risalətinə başlamışdır. Bu ayda iki İmam şəhid olmuşdur: İmam Kazım (ə) və İmam Hadi (ə). Həmçinin Kərbəla yangısını bütün varlığı ilə hiss edən Həzrət Zeynəb (s.ə).

Həzrət Peyğəmbər (s) buyurur: "Rəcəb - mənim ümmətimin istiğfar ayıdır ki, Allah bağışlayan və mehribandır"

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.