Maraqlı

İnsanların ən pisi olmamaq üçün bu xislətdən uzaq olmalı

12 Mart 2019 22:40
0 Şərh     Baxış: 570

Quran və hədislərimiz söz gəzdirməyin rəzil sifət olduğunu vurğulayaraq, ona görə əzab veriləcəyi barədə xəbərdarlıq edirlər.

"Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır". ("Rəd" 25).

Hər kim söz gəzdirər - yer üzündə fəsad törədənlərin cərgəsinə qoşulur. O, möminlər arasında olan ülfət və məhəbbəti zəiflədər, düşmənçilik toxumları əkər. Ona görə də Allah bu cür insanları lənətləmişdir.

İmam Sadiq (ə) buyurur: "Sehrin ən böyük qismi - söz gözdirməkdir ki, onun vasitəsilə dostlar arasına ayrılıq salar. Eyni rəngdə olan insanlar arasında səfa yerinə, düşmənçilik qərar verər. Söz gəzdirməyə görə qanlar tökülər. Evlər viran olar. Eyiblər kəşf olar. Söz gəzdirən ən pis kəsdir ki, yer üzündə yol gedər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən pislərinizdən xəbər verimmi? O kəs ki, söz gəzdirər, dostlar arasına ayrılıq salar və pak insanlar üçün eyiblər axtarar".

İmam Baqir (ə) buyurur: "Behişt, yalan qoşub söz gözdirmək ardınca gedənlərə haramdır".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, iki nəfər arasında söz gəzdirmək üçün hərəkət edər, Allah onun üçün qəbrində atəşi hakim edər ki, onu yandırsın. O zaman ki, qəbrindən çıxar, böyük və qara ilanı ona hakim edər ki, ətini yeyər - o zamana qədər ki, cəhənnəmə daxil olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü ən çox giriftar olanlar o kəslərdir ki, yersiz danışan olmuş və dilləri nəzarətsiz olmuşdur".

Allah bizləri bu rəzil əməldən qorusun!

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.