Maraqlı

Okean dərinliyində nəhəng tunellər aşkarlanıb

12 Mart 2019 22:50
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saskaçevana universitetinin alimləri, milyard il bundan əvvəl okeanın dibində həyat sürən çox hüceyrəli orqanizmlər tərəfindən qazılan tunellər aşkar edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əvvəllər dənizin altında oksigenin olmaması fərziyələri var idi. Alimlər Makkenzi dağlarından götürülmüş nümunələri araşdırıblar. Məlum olmuşdur ki, daşlar bir-birini kəsişmə xətti üzrə 0,5 millimetr ölçüsündə qazılmışdır. Mütəxəssislərin fikrincə qazılmış tunellər soxulcanlar tərəfindən edilmişdir. Soxulcanların izləri 541 milyon il bundan əvvəl Kembriy dövründən xəbər verir. Bu, ilk dinozavrların əmələ gəlməsindən 270 milyon il əvvələ təsadüf edir.

Mütəxəsislərin fikrincə, bunlardan əvvəl Kembriy partlayışı baş vermişdir. Heyvanlar okeanın dibinə çökərək, Kembriy partlayışı zamanından yaxşı saxlana bilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.