Maraqlı

Kran suyunun təhlükəli olduğu ölkələr açıqlandı: Siyahıda Azərbaycan da var

8 Mart 2019 18:06
0 Şərh     Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Globehunters" turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik - red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, siyahıda 187 ölkə, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələri yer alıb, Estoniya istisna olmaqla.

Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.

Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa - red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.

Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.