Maraqlı

Cenevrədə açılan avtomobil sərgisi elektromobillərlə diqqəti cəlb edir - FOTO

8 Mart 2019 23:20
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin paytaxtı Cenevrədə dünyanın ən məşhur avtomobil sərgilərindən olan Cenevrə Beynəlxalq Avtomobil Sərgisi açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə dünyanın aparıcı avtomobil istehsalçıları yeni modellər və restaylinq variantlarını təqdim ediblər. Bütün zövq və maraqların təmin olunduğu, model rəngarəngliyi ilə seçilən sərgidə ənənəvi seqmentlərlə yanaşı, elektrik mühərrikli avtomobillərin çoxluğu diqqətdən yayınmayıb. Elektrik avtomobilləri ilə yanaşı, bir sıra istehsalçılar sərgiyə gələnlərə müxtəlif ölçü və mühərrik həcminə malik hibrid avtomobillər təqdim edirlər.

"Peugeut" avtomobil konserni sərgidə yeni "e-208" kompakt modeli ilə qənaətcilliyi sevənlərin diqqətini cəlb edir. 136 at gücünə malik elektromobil bir dəfə yığdığı enerji ilə 340 kilometr (km) məsafəni qət edir. Elektromobil bazarına yeni qədəm qoyan "Honda" şirkətinin əsasən şəhərdə istifadə üçün nəzərdə tutulan "e prototype" modelinin kütləvi istehsalına isə bu ilin payızında başlanacaq. Alman istehsalçıları isə daha güclü mühərrikə malik elektromobillər ilə sürətli avtomobilləri sevən müştəri seqmentinə xitab etməyə çalışırlar. 306 at gücünə malik "Audi Q 4 e-tron concept" modeli cəmi 30 dəqiqəyə enerji tələbatının 80 faizini yığa bilir və bir dəfəyə 450 km-dək məsafə qət edir.

Almaniyanın "Volkswagen" konserni isə fərqli fəlsəfə nümayiş etdirib. 60-cı illərin sevimli modeli olan "Buggy" modelini elektrik mühərriki ilə təmin edən konsern bu modellə aşağı büdcəli müştərilərin elektromobil bazarına girişini təmin etməyə çalışıb. İlk mərhələdə yalnız Almaniyada satışı nəzərdə tutulan bu elektromobilin qiyməti təxminən 15 min avro olacaq.

"Mercedes-Benz" şirkəti isə "Smart" elektromobili ilə yanaşı, elektrik mühərriki ilə çalışan 9 yerlik mikroavtobu nümayiş etdirib. Bir dəfəyə 420 km-dək məsafə qət etməli olan mikroavtobusun kütləvi istehsalı bu il ərzində nəzərdə tutulur.

Avropa istehsalçıları ilə yanaşı, Asiya və Amerika avtomobil konsernləri də sərgidə öz elektromobil konsepsiyalarını təqdim ediblər.

Qeyd edək ki, ilk dəfə 1905-ci ildə keçirilən sərgi bir çox konsernlər üçün öz yeni model, konsept və restaylinq variantlarını təqdim etmək üçün mühüm məkandır. Bu il keçirilən sərgi 990-dan çox avtomobil nümayiş olunur, onlardan 150-si dünya və Avropa üzrə ilkin təqdimatlardır. Sərgiyə 10 gün ərzində 660 mindən artıq avtomobil həvəskarının baş çəkəcəyi gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.