Maraqlı

Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən bahalı avtomobilinin təqdimatı olub

8 Mart 2019 21:45
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 7-də Cenevrə beynəlxalq avtosalonunda avtomobil həvəskarlarına dünyanın hazırda ən bahalı avtomobili təqdim olunub. "Bugatti" şirkətinin istehsalı olan "La Voiture Noire" adlı avtomobildən dünyada cəmi bir ədəddir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Bugatti Chiron" bazası əsasında hazırlanmış 16 silindrli superlativ avtomobil 1500 at gücündədir. Avtomobilin netto qiyməti 11 milyon avroya bərabərdir və hazırda dünyanın ən bahalı yeni model avtomobili hesab edilir.

"Volkswagen" konserninin tərkibində olan "Bugatti" şirkətindən mətbuata verilən açıqlamada yeganə nüsxədə istehsal olunmuş avtomobilin artıq satıldığı da qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.