Maraqlı

Aktrisa milyonçu ərindən danışdı

7 Mart 2019 17:34
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

52 yaşlı Salma Hayek "Town & Country" dərgisinin aprel buraxılışının üz qabığında qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 56 yaşlı fransız biznesmen Fransua Anri Pino ilə ailəli olan aktrisa evliliklərinin 10 ilini qeyd etdiklərini bildirib. 

O bildirib ki, Avropanın ən varlı şəxslə münasibəti çoxlarına saxta gəlib:

"Amma həmin acıdil insanlar bizim xoşbəxt yaşamağımıza mane ola bilməzlər. O, dünyanın ən yaxşı həyat yoldaşıdır. Onun yanında olduğum kimiyəm. Məni çərçivəyə salmağa çalışmır. Bizim tanışlığımız da çox romantık oldu.

Çoxları mənim ərə getmə xəbərimə təəccüblənmişdi. Bəzilərini bu, hələ də qorxudur. İnsanlar bir meksikalının belə bir diqqət ətrafında yaşayacağına inanmadılar. 

Düşünürəm ki, mən çox yaxşı anayam. Gec ana olsam da, ona bütün sevgimi verməyi bacardım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.