Maraqlı

MIUI 10 və MIUI 11 interfeysləri üçün yeni funksiyalar var

9 Mart 2019 08:51
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti özünün MIUI istifadəçi interfeysinin növbəti inkişaf mərhələsi barəsindəki planlarını açıqlayıb. Şirkətin rəsmi forumunda tərtibatçılar sözügedən interfeysin Çin versiyasında aktiv olan, MIUI 10 və MIUI 11-ə əlavə ediləcək bir çox yeniliklərin siyahısını təqdim ediblər. Bu barədə Gizchina saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Siyahıda olan funksiyalardan bəziləri hələ planlama mərhələsindədir və şirkət həmin funksiyaları indiki zamanda istifadəyə verməyi düşünmür. Bəzi funksiyalar isə yeni smartfonlarda və ya MIUI-nin yenilənmiş versiyasında artıq aktivdilər. Hal hazırda şirkət aktiv olan funksiyaların qlobal versiyaları üzərində çalışır. Funkiyalardan bəziləri bütün smartfonlarda aktiv olmaya bilər. Onlardan bəziləri isə çıxışa yaxın zaman dəyişə və ya MIUI-nin stabil versiyasına ümumiyyətlə əlavə olunmaya bilərlər.

Yaxın zamanda MIUI-nin qlobal versiyasında aktivləşdiriləcək funksiyalar:

- Cihazı üz skanı vasitəsilə blokdan çıxardardan sonra bloklanma ekranında qala bilmə özəlliyi

- Xiaomi Music üçün yeni səs effektləri

- Yeni Dolby səs effektləri

- Eyni anda üz skanı ilə barmaq izi skanının istifadəsi

- Enerji sərfiyyatının qənaət edilməsi rejiminin yaxşılaşdırılması

- Səs əmrləri vasitəsilə ekranın aktivləşdirilməsi

- Cleaner funksiyasının optimizasiya olunması

- Yeni timer funksiyaları

- Daha çoxlu sayda cihazlar üçün gecə çəkilişi rejiminin dəstəyi

- İstifadəçi interfeysi üçün Dark Mode rejimi

- Şriftlər ilə ekran ölçüsünün ayrı-ayrılıqda ayarlanması

- Smartfonun enerji və siqnal səviyyəsinin vəziyyətinin informasiya bölməsində əks olunması

Hal hazırda hazırlanma prosesində olan funksiyalar:

- APK faylların quraşdırılmasından sonra həmin faylların avtomatik şəkildə silinməsi

- Fotoalbomlar üçün lokal zibil qabı

- Fotoların 18:9 formatında kəsilməsi dəstəyi

- Ekrana səhv toxunuş hallarının aşağı salınması

- Tətbiqlər üçün icazə sisteminin idarəetməsinin optimizasiya olunması

- Uşaqlar üçün xüsusi rejim

- Oyunlar üçün Bluetooth vasitəsilə Stereo dəstəyi

- Təcili vəziyyətlərdə lazımi kontaktların bloklanma ekranında əks olunması

- Şarj prosesinin yeni animasiyası

- Yenilənmiş bloklanma ekranı

Xiaomi şirkətinin reallaşdırmağı planlaşdırdığı funksiyalar:

- Oyun rejimində ekran orientasiyasının bloklanmas

- Oyun rejimində istfadəçi ayarları

- SIM kartı standart olaraq hər bir kontakt üçün quraşdıra bilmə imkanı

- İnterfeys üçün yeni rənglər

- Yada salmaq bölməsində "Təxirə salmaq" düyməsinin əlavə olunması

- Kənar ödəmə servislərinin inteqrasiya edilməsi

- Video miqyasının böyüdülməsi imkanı

- Fotonun redaktə olunmasından sonra onun ilk versiyasının yenidən yaddaşa yazılması

- Zəngli saatın işə düşməsi zamanı səsli qeydlərin səsləndirilməsi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.