Maraqlı

Dubayda ötən il sosial şəbəkələrdə saxta mallar satan 13 mindən çox hesab bağlanılıb

6 Mart 2019 23:09
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmtəə nişanları və elektron ticarətinin təhlükəsizliyini təmin etmək məqsədilə, habelə rəqabətqabiliyyətlilik və biznesin dayanıqlı inkişafını yüksəltmək strategiyasına uyğun olaraq, 2018-ci ildə Dubayda sosial şəbəkələrdə 13498 hesabı bağlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın İqtisadi Inkişaf Nazirliyinin kommersiya normalarına əməl olunması və istehlakçıların hüquqlarının qorunması şöbəsi 77,9 milyon abunəçisinin olduğu və saxta malların satışı ilə məşğul olan hesabların bağlanması barədə qərar qəbul edib. Bağlanan hesabların böyük əksəriyyəti - 13 529-u "Instagram", 419-u isə "Facebook" sosial şəbəkələrindədir. Əmtəə nişanlarının sahibləri ilə əməkdaşlıq və gündəlik müşahidə sayəsində, həmçinin hüquq firmaları ilə birlikdə saxta mallar satışını həyata keçirən 45 sayt aşkar edilib.

Əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə şöbənin müdiri İbrahim Behzad bildirib ki, nazirliyin iqtisadi inkişaf departamentinin elektron müşahidə qrupu ən azı 48 beynəlxalq brendin saxtalaşdırılması faktlarını üzə çıxarıb. Onların arasında çanta, saat, telefon aksessuarları, həmçinin ətriyyat, kosmetika və geyim malları olub. Nazirliyin rəsmisi əlavə edib: "İqtisadi inkişaf departamenti heç bir kommersiya dələduzluğuna imkan vermir və bu cür hallara qarşı qanunlar çərçivəsində normativ aktlar, o cümlədən cərimələr tətbiq edir". Onun sözlərinə görə, istehlakçılar saxta mallar təklif edən ticarət yerlərindən və kanallarından uzaq durmalıdırlar. Çünki bu qanunsuz ticarət həm əmtəə nişanının sahiblərinə, həm də istehlakçıların sağlamlığına zərər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.