Maraqlı

Mitsubishi-dən yenilənmiş ASX - FOTO

21 Mart 2019 16:01
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi fotolara əsasən demək olar ki, SUV-un xarici görünüşü yenilənib. Yeni formada optika və barmaqlıq qabaq hissənin X-şəkillə görünüşünü daha parlaq edir. Duman əleyhinə və dönmə işıqları üçün bamperin ətrafında böyük yerlər ayrılıb. Kapot da dəyişilib. Arxa hissədə T-şəkilli əlavələri olan yeni fənərlər quraşdırılıb ki, onlar Volvo-nu xatırladır.

Milli.Az auto.az-a istinadən bildirir ki, Mitsubishi-nin interyerində yeni multimedia displeyi var ki, bahalı versiyada onun ölçüsü 7-dən 8-düymədək artıb. Sistem özü də təkmilləşdirilib. İstehsalçılar ən müasir Tom Tom 5 naviqasiya sistemi və smartfonlarla işdə daha geniş imkanlar vəd edirlər - o cümlədən onlayn. Bundan əlavə, bu sistem USB-daşıyıcılardan video da oxuya biləcək.

Güc qammasına hər silindr üçün 4 klapanı olan 2,0-litrlik benzin mühərrik daxildir. ASX versiyası ilə ABŞ, Çin və Rusiyada tanınan versiya artıq Avropada da əlçatan olacaq. Təkmilləşdirildikdən sonra nə qədər gücə malik olacağı barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, sürət qutusu ya 5-pilləli mexaniki, ya da 6-pilləli variator olacaq. O, qabaq və ya tam ötürücü alacaq.

Mitsubishi mart ayının əvvəllərində Cenevrədə debüt edəcək, Avropada isə cari ilin ikinci yarısında satışa çıxarılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.