Maraqlı

Yenilənmiş Volkswagen Golf - FOTO

21 Mart 2019 15:30
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen şirkəti ən məşhur modeli olan Golf-un təkmilləşdirilmiş modifikasiyasını təqdim edib - bu, GTI TCR versiyasıdır ki, Golf GTI Performance və Golf R arasında qərarlaşıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, TCR 2-litrlik, 4-silindrli, 286 a.g. verən mühərriklə təchiz edilib. Bu, GTI-dan 44 a.g. çox, R modelindən isə 10 a.g. zəifdir. Güc qurğusu 7-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə işləyir. O, gücü qabaq təkərlərə ötürür və avtomobilə 100 km/saata 5,6 saniyəyə sürətlənməyə imkan verir. Maksimal sürət opsional olaraq 250 km/saatdan 260 km/saata qədər artırıla bilər.

Yeni Golf GTI TCR digərlərindən bir sıra xarici yenilikləri ilə fərqlənir - qabaq splitter, uzun kandarlar, damda spoyler, diffuzor. Bundan əlavə, TCR 18-düymlük təkərlər, qara qapaqlı arxa görünüş güzgüləri, qabaq körpünün diferensial bloklaması və s. ilə təchiz edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.