Maraqlı

Audi-dən təkmilləşdirilmiş TT RS - FOTO

21 Mart 2019 17:30
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi TT seriyasının təkmilləşdirilməsini davam etdirib və adi versiyalardan sonra kupe və rodster banında olan güclü RS də feysliftinqə məruz qalıb.

RS qabaq hissəsi dəyişilib. Burada daha böyük yan hava çıxıntıları, yeni diodlu faralar, opsiya qismində isə dönə bilən xüsusi tutqun faralar mövcuddur.

Milli.Az auto.az-a istinadən bildirir ki, modelin arxa hissəsi yeni palçıq qoruyucu alıb, habelə onun banı bir neçə rəngdə təklif olunur. Yeni salonda qırmızı və ya göy tikişlər, yeni informasiya-əyləncə sistemini görmək olar.

TT RS-in mühərriki elə əvvəlki kimi qalıb - 2,5-litrlik, 5-silindrli, 394 a.g. və 480 Nm fırlanma anı verən mühərrik. O, 7-pilləli avtomat sürət qutusu və tam ötürücü sistemlə birgə çalışır. İlk yüzlüyə sürətlənmə 3,7 saniyəyə baş verir. Maksimal sürət isə 250 km/saatdır.

Avtomobilin qiyməti 67.7 min avrodan başlayacaq. İlk sifarişlər müştərilərə aprel ayında keçiriləcək Cenevrə avtosalonundan sonra çatdırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.