Maraqlı

Kia məşhur krossover Sportage-i yeniləyib - FOTO

21 Mart 2019 14:01
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreyanın avtomobil istehsalçısı Kia məşhur krossoveri olan Sportage-i yeniləmək qərarına gəlib və onu Çikaqo avtosalonunda nümayiş etdirib. Kompakt krossover artıq yeni qabaq və arxa bamperlərə, diodlu dönmə indikatorları olan yeni faralara, duman əleyhinə faralara, arxa fənərlərə və yeni dizaynda təkər disklərinə malikdir.

Milli.Az auto.az-a istinadən bildirir ki, bundan əlavə, Kia yeni S Trim komplektasiyası da istehsal edib. Ona daha idmansayağı daxili və xarici dizayn elementləri daxildir və tam və ya qabaq ötürücü sistemlə təklif edilir. Salona gəldikdə isə, burada informasiya-əyləncə sisteminin 8-düymlük sensorlu ekranını və süni dəridən oturacaqları görmək olar.

Sportage, həmçinin yeni təhlükəsizlik sistemi alıb - krossoveri hərəkət xəttində qalma, təhlükə barədə sürücünü xəbərdar etmə və piyadalara nəzarət və s. sistemləri ilə təchiz ediblər.

Sportage-in kapotu altında elə həmin güc qurğuları dayanır - 2- və 2,4-litrlik benzin və ya dizel ilə işləyən mühərriklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.