Maraqlı

BV9800 və Max 1 Projector

7 Mart 2019 08:51
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin istehsalçısı Blackview, MWC 2019-da iki yeni telefon təqdim etdi.

Blackview, güclü smartfonları ilə tanınan məşhur Çin smartfon istehsalçısıdır.

Milli.Az chip.az-a istinadən bildirir ki, şirkət Barselonadakı MWC 2019-da BV9800 və Max 1 Projector adlı iki yeni cihaz təqdim etdi. Bu telefonlar bir sıra üstün xüsusiyyətlərə malikdir ki, hər iki qurğu suya, zərbəyə və toza davamlıdır.

BV9800

Blackview BV9800 dözümlü bir cihaz olsa da dizayn baxımından gözəl görünüşə sahibdir. Üçlü arka kamera cihazın mərkəzində mükəmməl bir şəkildə yerləşdirilib. Cihazın hər iki tərəfindəki düymələr toz və suyun cihaza daxil olmasını qarşısını almaq üçün tamamilə kənarlara kip yerləşdirilib. Arxa kamera modulları ilə birlikdə cihazın alt tərəfində səsucaldan nəfəslikləri yerləşdirilib.

Blackview BV9800 xüsusiyyətləri:

Blackview BV9800 Sony IMX586 48 MP + 12 MP 2 kamera və 16 MP linza ilə üçlü kamera quruluşuna malikdir. Ön selfie və video çəkilişlərin keyfiyyətini artırmaq üçün 16 MP-lik kameradan istifadə olunub. Sürəti 2.1 GHz olan P90 səkkiz əsaslı prosessor ilə dəstəklənir.

Blackview BV9800 1080 x 2340 pikselə sahib 6.3 düymlük Full HD + ekrana malikdir. Cihaz 6 GB RAM və 128 GB daxili yaddaşla birlikdə 6580 mAh batareya ilə optimal istifadəyə əsasən 1 şarjla bir neçə gün istifadə imkanı yaradır. Telefonun naqilsiz şarj özəlliyi var. Blackview BV9800-in MIL-STD-810G və IP69K sertifikatı da mövcuddur.

Max 1 Projector

Blackview - Çin smartfon istehsalçısı digər yüksək texnologiyalı xüsusiyyətləri olan lazer proyektora sahib Max 1 Projector telefonunu da təqdim etdi. Özəllikləri ilə yanaşı yüksək dizayna sahibdir. Cihazın arxasında LED flaş və barmaq izi sensoru ilə ortada tək bir kamera quraşdırılıb. Bu səbəbdə cihazın arxa tərəfi barmaq izi müyyənlişdirmə özəlliyi ilə sahib olduğu arxa qat azca sürüşkəndir.  Üst tərəfdə digər cihazlardan fərqləndirən bir proyektor var. Proyektorun yan tərəfindəki düymələr çıxıntılara yerləşdirilməklə yanaşı istifadəni asanlaşdırmaq üçün hər iki tərəfdə dizayn edilib.

BlackView Max 1 xüsusiyyətləri:

Max 1 maksimum 2.5 GHz sürətlə MediaTek MT6763T Helio P23 səkkiz əsaslı prosessor ilə təqdim olunub. Max 1 1080 x 2160 pikselə sahib 6.01 düymlü AMOLED Full HD ekrana malikdir. Həmçinin 6 GB RAM və 64 GB daxili yaddaşa sahibdir.  Kameranın arxa hissəsində 12 MP Samsung , öndə isə 16 MP + 16 MP Samsung kamera quraşdırılıb. Ekran Corning Gorilla Glass ilə qorunur. Cihazda GPS, Bluetooth, NFC və WiFi var. LED xəbərdarlıq işıqları ilə yanaşı bir barmaq izi sensoruna sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.