Maraqlı

İspaniyada türk serialları bumu yaşanır

6 Mart 2019 07:45
0 Şərh     Baxış: 2 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada getdikcə populyarlaşan türk serialları Latın Amerikası ölkələrinin istehsalı olan "sabun operaları"nın yerini sürətlə tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Rumıniya, Bolqarıstan və Slovakiyada çox populyar olan türk serialları dəbinə birdən-birə qapılmayıb. Yalnız bu məhsul başqa ölkələrdə tamaşaçıların rəğbətini qazanandan sonra İspaniyanın media şirkətləri onu ölkə bazarına çıxarmağı qərara alıblar. Nəticədə "Qara sevda" və "Cəsur və gözəl" serialları "Mediaset"in internet portallarında ən baxımlı filmlər cərgəsinə daxil olub.

Ekspertlər bildirirlər ki, tamaşaçılar klassik "sabun operaları" və narkotik alverçiləri haqqında standart süjetli seriallardan beziblər və yeni məhsullar tələb edirlər. Onların fikrincə, Latın Amerikası serialları ilə müqayisədə türk serialları daha müasir, tamaşaçı ilə daha güclü emosional əlaqə yaradan sosial dramlardır. Bu filmlər çəkilişlərin üslubu və təbiətdə olan səhnələrin bolluğu ilə də seçilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.