Maraqlı

"Savaşçı" serialında Xocalı şəhidləri anıldı - FOTO

6 Mart 2019 07:28
0 Şərh     Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın 65-ci bölümünün başlanğıcında "106 qadın, 70 yaşlı, 63 uşaq, 150 itkin və 613 şəhid" cümləsi ilə başlayır.

Sonra isə titrlarda "27 ildir ürəyimiz qanayır. Nə Xocalı Soyqırımını unudacağıq, nə gözü dönmüş vəhşi uşaq qatillərini, nə də lal və kar dünyanı. Şəhidlərimizi rəhmət və hörmətlə anırıq" cümlələri davam edir. Səs isə serialda xüsusi təyinatlıların komandiri, polkovnik İbrahim Kopuza məxsusdur.

Qeyd edək ki, "Savaşçı" serialında zaman-zaman Azərbaycan, Qarabağ müharibəsi və Xocalı faciəsinə yer ayrılır. Azərbaycanlı rejissor Kənan MM isə serialda azərbaycanlı yüzbaşı Bəxtiyar obrazını canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.