Maraqlı

Unudulmaqda olan oyunlar - VİDEO - FOTO

4 Mart 2019 15:09
0 Şərh     Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Günəş"in "Gəlin oynayaq" verilişində Qubanın Püstəqasım kəndində uşaqların qar sevinci lentə alınıb.

Milli.Az xəbər verir ki, xizəklə sürüşən uşaqlar efir vasitəsi ilə onları izləyən dostlarına qarlı havada xizək sürməyin nə qədər maraqlı və əyləncəli olduğunu nümayiş etdiriblər.

Hazırda əksər uşaqlar daha çox kompüter və mobil telefon oyunları oynayır, açıq havada az vaxt keçirirlər. Bu da onların sağlamlığına mənfi təsir edir. Amma təbiət qoynunda, həmyaşıdları ilə birgə oyun oynamaq uşaqların fiziki və psixoloji cəhətdən inkişafı üçün çox faydalıdır.

"Gəlin oynayaq" verilişi hər həftənin bazar günü, saat 10:30-da "ARB Günəş"in efirində yayımlanır. Proqramda unudulmaqda olan oyunlar, açıq havada əyləncəli vaxt keçirməyin uşaqlara faydaları, sağlam həyat tərzi təbliğ olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Unudulmaqda olan oyunlar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.