Maraqlı

Dünyanın ən zəngin muzeyləri: 3 milyon eksponat, 10 milyon ziyarətçi…

24 Fevral 2019 10:42
0 Şərh     Baxış: 2 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən  xəbər verən maddi-mənəvi xəzinə sayılır.

Milii.Az Azedu.az-a istinadən dünyanın ən maraqlı muzeyləri haqda məlumatı oxucularına təqdim edir.

Ermitaj dünyanın ən zəngin muzeylərindən biridir. Muzey Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir. Dünyanın ən böyük muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir. Burada  fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da saxlanılır. Muzeyi hər il 4 220 000 insan ziyarət edir.

Çində yerləşən  İmperator saray muzeyi 700.000-dən çox sənət əsərinə ev sahibliyi edir. Muzeyin kolleksiyasında 697 490 əşya var, onların əksəriyyəti əvvəllər imperator Tsyanlunun kolleksiyasında olub. Muzeyi hər il 4 435 000 əhali ziyarət edir.

London milli qalereyası  Londonun Trafalqar meydanında yerləşir. 1824-cü ildə əsası qoyulan muzeyin kolleksiyasında 13-cü əsrdən 1900-cu illərə aid  2,300 rəsm əsəri var.  Muzeyi hər il 5 229 190 əhali ziyarət edir.

Vaşinqtonun Milli İncəsənət Qalereyası dünyanın ən zəngin muzeylərindən biridir. Muzeyi hər il  5 232 000 əhali ziyarət edir.

"Tate Modern"  Böyük Britaniyanın  ən məşhur  incəsənət muzeyidir. Muzeyin daimi ekspoziyasına Kandinski, Maleviç və Matis kimi rəssamların, Endi Uorhol kimi səntkarların orijinal əsərləri daxildir. Daimi ekspozisiya novatorların, məşhur və hətta artıq klassikə çevrilmiş, dünyanı fəth edən sənətkarların əsərləri nümayiş olunur. Muzeyi hər il 5 656 000 əhali ziyarət edir.

Britaniya muzeyi dünyanın ən böyük muzeylərindən biridir. Muzeyin kitabxanasında 7 milyondan artıq çap edilən kitab var.  Britaniya muzeyini hər il 5 906 715 əhali ziyarət edir.

Papa II Yuli tərəfindən əsası qoyulan Vatikan muzeyi hələ də dünyanın ən böyük muzeylərindən biridir. Muzeydə əsasən Renesans dövrünə aid maraqlı əsərlər var. Məsələn: "Dədə Qorqud" dastanının ikinci əl yazması məhz bu muzeydə saxlanılır. Muzeyi hər il 6 427 280 əhali ziyarət edir.

Çin Milli muzeyi ölkənin ən böyük  tarix və sənət sarayı kimi tanınır. 2003-cü ildə əsası  qoyulan muzeyi hər il  8 062 625 əhali ziyarət edir.

Nyu-Yorkda yerləşən Metropoliten Sənət Muzeyinə  2 milyondan çox əsərə ev sahibliyi edir. Muzeyi hər il  6,692,900 əhali ziyarət edir.

Fransanın Paris şəhərində yerləşən Luvr muzeyində 300 mindən çox əsər var. 14 girişi olan bu muzeyi tamamilə gəzmək üçün 3 gün vaxt lazımdır. Muzeyi hər il 10.2 milyon  əhali ziyarət edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.