Maraqlı

Hər şeyi çatdıran şirkət rəhbərləri

23 Fevral 2019 21:35
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri şirkət rəhbərlərinin bəziləri, heç vaxt istirahət etmədən sutkanın 24 saatı ərzində iş başında olurlar. Lakin, onlar sırasında istisnalar da var. Bu insanlar həm işləməyi, həm də vaxtında istirahət etməyi çatdırırlar.

Arianna Huffington, Huffington Post
Milli.Az bizplus.az-a istinadən bildirir ki, dünyanın ən məşhur media layihəsinin təsisçisi və rəhbəri olan Arianna, yuxunun insan üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulayıb. O, gündə ən az 7-8 saat yatır və bu qrafikdən kənara çıxmır. Huffington Post layihəsi üzərində işlədiyi dövrlərdə, Arianna, yuxuya kifayət qədər vaxt ayıra bilmirdi və 4-5 saat yatırdı. Bu, çox yorucu idi. Yorğunluq o qədər güclü idi ki, bir dəfə Huffington yorğunluqdan huşunu itirərək yıxıldı. Bu hadisə, onun öz qrafikini yenidən nəzərdən keçirməsinə səbəb olmuşdur.

"Əgər sən qan içində oyanırsansa, müvəffəqiyyətli insan sayıla bilməzsən", - Huffington deyir. O qeyd edir ki, yuxusuzluq professional karyeranın qurulması  üçün ciddi maneə ola bilər.

Huffington-nun sözlərinə görə, bəzən yaxşı bir şeylərə "yox" deməyi bacarmalıyıq, əks halda isə zombiyə oxşaya bilərik. İlk başlarda, o, yuxunu 30 dəqiqəyə qədər artırmağı tövsiyə edir. Yatmağa hazırlaşan zaman mobil telefonunuzu söndürməlisiniz və imkan olduqca özünüzdən uzaqlaşdırmalısınız. Səhər oyanarkən isə özünüzə vaxt verin, dərhal elinizi telefona atmayın.

Jason Fried və David Hansson, Basecamp
Basecamp təsisçiləri yuxusuzluğu təşviq etmirlər. "ReWork: a business without prejudice" bestsellerində onlar yuxu məsələsinə də nəzər yetiriblər. Bu kitabın bir bölümü "Yatmağa gedin" adlanır. Kitabda qeyd olunur ki, bəzi hallarda insan yuxuya ayırdığı vaxtdan kəsərək, işlə məşğul ola bilər. Lakin, bu vərdiş halına çevrilməli deyil. Müəlliflərin fikrincə, yuxusuzluqdan irəli gələn fəsadlara inadkarlıq, irrasionallıq və pis qərarları aid etmək olar.

Jason və David hesab edirlər ki, çox işləyən işçilər daha çox problemlər yaratmış olurlar. Birincisi, bu cür iş tərzi uzun müddətli xarakter daşıya bilməz. Gərgin qrafikdən sonra, mütləq yorğunluq gələcək. İkincisi, artıqlaması ilə çalışan insanlar daha diqqətsiz olurlar. Onlar problemlərə daha çox vaxt sərf edərək həll etməyə çalışırlar. Loru dildə desək, intellektual tənbəlliyi sərt güc ilə əvəz edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.