Maraqlı

SpaceX kosmosa İsrailin ay aparatını buraxıb

23 Fevral 2019 19:35
0 Şərh     Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşıyıcı raket Falcon 9, 22 fevral tarixində Floridadakı kosmodromdan müvəffəqiyyətlə start verib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Falcon 9 orbitə Nusantara Satu əlaqə peykini və İsrailin Spacell şirkətinə məxsus olan "Bereşit" adlı ay aparatını buraxıb. Plana görə, aparat  2019-cu ilin aprel ayında Aya çatmalıdır.

Missiyanın uğurlu başa çatdığı təqdirdə, İsrail dövləti Rusiya, ABŞ və Çindən sonra Ay üzərinə kosmik aparat yerləşdirən dünyada dördüncü ölkə olacaq. CNBC-nin verdiyi məlumata görə, "Bereşit" Yer kürəsinin peykində olmuş ilk özəl missiya olacaq.

Falcon 9 raketinin ilk pilləsi, Atlantik okeandakı "Mən hələ də səni sevirəm" (Of Course I Still Love You) adlı platformaya enmişdir. Raket üçün bu artıq üçüncü startdır. Şirkətin rəhbəri olan İlon Mask, raketdən 2019-cu ilin aprel ayında dördüncü dəfə istifadə edəcəyini vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.