Maraqlı

Dünyanın ən xeyirxah milyarderləri

23 Fevral 2019 19:25
1 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Forbes jurnalının verdiyi məlumata görə, dünyada 1826 milyarder qeydə alınıb, Qeyd edək ki, 20 il bundan əvvəl bu rəqəm 423 nəfər təşkil edib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, ənənəyə görə, milyarderlərin kapitalları ABŞ dolları ilə qiymətləndirilir.

İldən ilə milyarderlərin sayı artır, onların rifahı yaxşılaşır. Dünyanın ən xeyirxah milyarderlərə nəzər salaq.

Bill Gates - dünyada ən varlı insanlardan biridir. Müxtəlif qiymətləndirmələrə görə onun sərvəti 66 milyard dollar təşkil edir. Bill, demək olar ki, kapitalının yarısını (28 milyard dollar) müxtəlif məqsədlərə xidmət edən xeyriyyə fondlarına köçürmüşdür. Bill Gates və onun həyat yoldaşı olan Melinda Gates fondu, vaksinasiya proqramına dəstək göstərir, müəllimlərin tədrisinə və kompüter texnologiyalarının inkişafına, tibbi tədqiqatlara və uşaqlara tibbi xidmətlərin göstərilməsinə vəsait ayırır. Onun fəaliyyəti ABŞ-dan başqa dünyanın bir çox kasıb və inkişafda olan ölkələri əhatə edir.

Warren Buffett - ABŞ mənşəli olan məşhur milyarderdir, onun sərvəti təxminən 46 milyard dollar təşkil edir. 2010-cu ildə sahibkar müxtəlif xeyriyyə fondlarına 37 milyard dollar köçürüb. Vəsaitin əksər hissəsi Bill Gates və Melinda Gates fonduna köçürülüb.

George Soros - sərmayəçi və xeyriyyə ilə məşğul olan görkəmli insanlardan biridir. Hər il ABŞ mənşəli olan bu sahibkar, 300 milyon dollara qədər müxtəlif qeyri-kommersiya layihələrinə xərcləyir. Müxtəlif qiymətləndirmələrə görə, Soros-un xeyriyyəyə ayırdığı vəsaitin dəyəri 8,5 milyard dollar təşkil edir. Milyarder tərəfindən 70-ci illərdə yaradılmış xeyriyyə fondu, vəsaiti müxtəlif layihələrin dəstəklənməsinə yönəldir.

Gordon Moore - məşhur Intel kompüter şirkətinin təsisçilərindən biridir. Onun xeyriyyəyə ayırdığı vəsaitin dəyəri 5 milyard dollara çatıb. Həyat yoldaşı ilə birgə, o, elmi tədqiqatları və ekoloji layihələri dəstəkləyən xeyriyyə fondunu yaratmışdır. Bundan başqa, Gordon, dünyada ən böyük teleskopun tikilməsinə də maliyyə dəstəyini göstərir.

Carlos Slim Helú - dünyada ən varlı insanlardan biri olan Meksika mənşəli sahibkardır. Onun sərvəti 69 milyard dollara çatır. Carlos, təhsilin və səhiyyənin dəstəyinə təqribən 4 milyard dollar vəsait ayırıb. Buna baxmayaraq, Carlos dəfələrlə qeyd edib ki, yeni iş yerlərinin yaradılması, xeyriyyə işlərindən daha vacibdir.

Eli Broad - müvəffəqiyyətli biznesmenlərdən biridir. O, öz sərvətini tikinti sahəsində qazanmışdır. Son illərdə Broad qazandığı vəsaitin bir hissəsini müxtəlif xeyriyyə işlərinə ötürür. Buraya tibbi tədqiqatların, təhsil və mədəni layihələrin dəstəklənməsi aiddir.

Michael Bloomberg - Nyu-York şəhərinin icra başçısı olmaqla yanaşı, məşhur sahibkarlardan biridir. Bloomberg şəxsi informasiya agentliyinə də rəhbərlik edir. O, müxtəlif xeyriyyə fondlarına 2,8 milyard dollar vəsait ayırmışdır. Bu məbləğ siqaretdən asılılığa qarşı mübarizəyə, intiharların qarşısının alınmasına, ətraf mühitin mühafizəsinə və incəsənət və təhsilin təbliğatına xərclənib.

Azim Premji - Wipro IT- şirkətinin rəhbəri olan Hindistan mənşəli sahibkardır. Azim xeyriyyə fonduna təqribən 2,1 milyard dollar vəsait ayırıb. Toplanan pul məktəblərin tikilməsinə, müəllimlərin hazırlığına və tədris proqramlarının təkminləşdirilməsinə xərclənib.

James Stowers - 100 milyon dollar sərvətə malikdir. James-in sərvəti 2000-ci ildə kəskin azalmışdır. Qeyd edilmiş tarixdə, o, xərçəng xəstəliyinin müalicəsinə yönəldilmiş tibbi tədqiqatlara 2 milyard dollar vəsait ayırmışdır.

Herbert Sandler - 150 milyard dollar sərvəti olan amerikalı sahibkardır. Sərvətinin bir hissəsini, Sandler, xeyriyyəyə yatırır. Ümumilikdə xeyriyyəyə 1,5 milyard dollar vəsait ayrılıb. Biznesmenin ailəsi insan hüquqları uğrunda mübarizə aparır, elmi tədqiqatlara dəstək verir.

Ted Turner - məşhur CNN telekommunikasiya şirkətinin təsisçisidir. O, təxmini 1,5 milyard dollar xeyriyyə işlərinə ayırıb.

Paul Allen - ABŞ mənşəli sahibkarın xeyriyyəyə ayırdığı vəsaitin ümumi dəyəri 1,45 milyard dollar təşkil edib. Milyarderin əsas maraq sahəsi nevrologiyadır.

Dietmar Hopp - SAP şirkətinin əsasında dayanmış alman mənşəli sahibkardır. Şirkətin fəaliyyəti, əsasən, proqram təminatına yönəldilib. 2008-ci ildə Hopp milyarderlər siyahısına daxil olmuşdur. Ümumilikdə xeyriyyəyə ayırdığı vəsait 1,25 milyard dollar təşkil edir.

20-ci əsrdə sosial çevriliş baş vermişdir - xeyriyyə və sosial sərmayyə institutu aktiv şəkildə inkişaf etməyə başlayıb. Milyarderlərin bir çoxları "Bağışlanma andı"na qoşularaq, xeyriyyəyə sərvətlərinin bir hissəsini ayırmağa başlayıblar. Bu, müasirliyin ən gözəl tendensiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.