Maraqlı

Minillik sualın cavabı tapıldı: zebralar niyə zolaqlıdır?

22 Fevral 2019 22:25
11 Şərh     Baxış: 3 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Bristol Univeristeti uzun müddətdir ki, insanların maraq dairəsində olan suala aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, universitetdə aparılan araşdırmada zebraların dərisindəki zolaqların hansı işə yaradığı ortaya çıxıb.

Sən demə, zebraların dərilərinin zolaqlı olması onları ölümcül xəstəlik daşıyan at milçəklərindən qoruyur.

Araşdırma zamanı atların üzərinə zebra naxışlı və tək rəng örtüklər atılıb. At milçəkləri həmin atlara yaxınlaşan kimi onun üzərində qonmaqdan vaz keçiblər. Bununla da zolaqların hansı işə yaradığı ortaya çıxıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.