Maraqlı

Dünyanın ən böyük arısı aşkarlandı - məhv olmuş sayılırdı - VİDEO - FOTO

22 Fevral 2019 14:39
1 Şərh     Baxış: 1 820

Dünyanın ən böyük arısı, "Nəhəng Uolles arısı" kimi tanınan "Megachile pluto" İndoneziyadakı Molukk adalarının şimalında aşkarlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu arı məhv olmuş, nəsli kəsilmiş sayılırdı. Amerikalı və avstraliyalı bioloqlar erkək "Megachile pluto"nu yerdən 2 metr hündürlükdəki termit yuvasında tapıblar.

Son 38 ildə bu arını görən olmamışdı.

"Megachile pluto"nu ilk dəfə britaniyalı naturalist Alfred Uolles 1858-ci ildə aşkarlayıb.

Növbəti dəfə alimlər bu arı ilə 1981-ci ildə qarşılaşıblar. Amerikalı entomoloq Adam Messer "Megachile pluto"neu araşdıraraq bu arıların pətəklərini necə inşa etdiklərini müşahidə etmişdi.

Arının uzunluğu 4 sm-ə çatır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən böyük arısı aşkarlandı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    cavab · 22 Fevral 15:0510

    kecen yay heyetde idik Hardansa boyuk olan ari ucub geldi Indiyedek ne qeder ari gormusemse o boyuklukde gormemisdim Sesi ise dehset viziltili idiQovdularki tutsunlar ucub getdiBir nece nefer de vardi Hami teccub icindeydi Bir qonsu ise dedi ki qorxmayin Bumozalandi Om oboyda olurAdami sancmaqi daehset olur Hele de inana bilmiremki o hardan peyda oldu ve yox oldu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.