Maraqlı

Los-Ancelesdə son 50 ildə ilk dəfə qar gözlənilir

22 Fevral 2019 08:55
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində son 50 ildə ilk dəfə qar yağacağı gözlənilir.

Trend-in "LA Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Metereologiya Xidmətinin əməkdaşı Devid Suit bildirib.

Onun sözlərinə görə, şəhərə Kanadanın Alberta əyalətində meydana gəlmiş soyuq atmosfer cəbhəsi yaxınlaşır: "Bu, bəlkə də, mənim Kaliforniyada gördüyüm ən soyuq atmosfer cəbhəsidir. Əvvəl bizdə səhərlər temperaturun aşağı düşməsi və yüngül şaxta qeydə alınırdı. Lakin mən bizim bu dərəcədə soyuq atmosfer cəbhəsi gördüyümüzü xatırlamıram".

Proqnozlara əsasən, San-Qabriel dağlarında miqdarı 152 mm-dək qar yağa bilər, Los-Anceles dairəsindən kənarda isə qar Hollivud-Hills rayonunda yağa bilər.

Qeyd edək ki, son dəfə güclü qar Los-Ancelesdə 1962-ci ilin yanvar ayında qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.